İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İcbari tibbi sığorta sistemini və ümumi sağlamlıq mövzularını əhatə edəcək televiziya verilişinin hazırlanması və yayımının təşkil edilməsi xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Shans Media Group” MMC olub.
Qalib şirkətə 164 563 manat ödəniləcək.
Bu qiymətə 38 ədəd televiziya verilişinin hazırlanması və yayımının təşkil edilməsi xidmətləri daxildir.