Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi (VÖEN: 1500361501) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə SMS məlumatlandırma sistemi üzrə illik texniki dəstəyin göstərilməsi, həmçinin operator fərqi və zaman məhdudiyyəti olmadan istifadəyə imkan verən üç milyon SMS paketinin təmin edilməsini nəzərdə tutur.
Satınalmanın ehtimal olunan qiyməti üç yüz əlli yeddi min doqquz yüz otuz üç manat 33 qəpikdir.
Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 29 sentyabr 2025-ci il, saat 15:00-a təyin edilib.
Müsabiqədə iştirak haqqı 350 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manat müəyyən olunub. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – inspektor Fasi Nasirovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 50 212 20 92.
İddiaçılar təkliflərini 29.09.2025-ə qədər Azərbaycan prospekti 7 ünvanına təqdim edə bilərlər.