Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 5200287501
Satınalan təşkilatın ünvanı : Zəngilan rayonu, Zəngilan şəhəri
Müsabiqənin başlama tarixi və vaxtı: 07.11.2023 12:10
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 15.12.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.12.12023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 26.12.2023 16:00
Hesab nömrəsi: AZ31AIIB380300D9447648156112
Bankın adı: “KAPİTAL BANK” ASC 28 may filialı
Bankın kodu: 200123
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AIIBAZ2X
Ödəniş şərtləri : Ödəniş İcraçı tərəfindən təqdim olunmuş hesab-faktura əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə Sifarişçi tərəfindən həyata keçirilir.
Çatdırılma yeri : Qubadlı rayonu, Mahruzlu kəndi
Çatdırılma müddəti : 365 təqvim günü
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Tenderdə iştirak etmək üçün ərizə;
İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi
Tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri
Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı
Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti
Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları
Sahibkarlıq subyekti barədə arayış
İxtisas göstəriciləri:
Baş podratçı kimi son 3 il (2019-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 30 (otuz) milyon AZN-dən az olmayan, müraciət edənin hissəsi isə ən azı 15 (on beş) milyon olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü olaraq icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq: layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 3 (üç) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və İstismara qəbul və icazə aktları təqdim edilməlidir;
Son üç il (01 yanvar 2019 – 31 dekabr 2022) ərzində tikinti quraşdırma işləri üzrə ən azı 30 (otuz) milyon AZN dövriyyə tələb olunur, həmçinin TMV 1.6-cı bəndində tələb olunan digər tələblər.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Zaur İbrahimov, Satınalmalar şöbəsinin Baş məsləhətçisi
Email: [email protected]
Əlaqə telefonu : +994512078998