Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi açıq tender elan edir.
Satınalmanın predmeti- Aqrar Xidmətlər Agentliyinin yerli qurumları üçün ofis və laboratoriya mebellərinin satın alınması.
Açıq tenderdə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri
VÖEN – 1401555071
A1. Emitent (ödəyən) bank:
Adı - Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
M/h - AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T. BİK: CTREAZ22
A2. Ödəyən müştəri:
Adı – Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi
H/h – AZ04CTRE 00000000000008537601
VÖEN – 1504595531
Büdcə təsnifatının kodu – 142340
Büdcə səviyyəsinin kodu – 7
Tenderdə iştirak haqqı 400 manatdır. İştirak haqqı geri qaytarılmır.
Aqrar Xidmətlər Agentliyi qarşısında yerinə yetirilməyən və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər
İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Tender predmeti üzrə mallar satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 15 (on beş) gün müddətində Aqrar Xidmətlər Agentliyinin müəyyən etdiyi yerlərdə təhvil verilməlidir.
Tender təklifinin qiymətinə satınalma predmetinin dəyərindən başqa, digər xərclərin (nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilibedilməməsi haqqında məlumat daxil olmaqla, təklifin qiymətinin hesablanması və ifadə olunması üsulu öz əksini tapmalıdır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün lazımi tələblərə uyğunluq. Tender təklifinin qiyməti manatla ifadə olunmalıdır.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Allahverənov Mustafa İbrahim oğlu
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7 A.
Tel-(012) 463-40-87; Faks: (012) 562- 85-57. E- mail: [email protected]
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı 3 (üç) iştirakçıdan az olmamalıdır.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 9 oktyabr 2019-cu il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 17 oktyabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 18 oktyabr .2019- cu il saat 14.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.
Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılmasını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.