"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti Ələt Azad İqtisadi Zonası və Karqo terminalı ətrafında kabel xətlərinin tikintisi ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Azəreklektrik Tikinti Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə 7 221 713 manat məbləğində müqavilə bağlanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 8 521 621 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "AZƏRELEKTRİK TİKİNTİ QURAŞDIRMA" MMC bundan əvvəl də qurumun iri layihələrini icra edib:
13 avqust 2025-ci il tarixində 100 MVt-lıq günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq xətlərin tikintisi üzrə 24 165 668 manatlıq;
24 may 2024-cü il tarixində isə “Şəfəq” GES ilə Cəbrayıl yarımstansiyası arasında 330 kV-luq xəttin tikintisi üzrə 5 714 634 manatlıq tenderlərin qalibi olub.












