Azəralüminium MMC işçilərin gündəlik yemək ilə təmin olunması xidmətinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki. tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Müsabiqənin başlama tarixi və vaxtı: 31.08.2023 10:48
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.09.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.09.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 29.09.2023 10:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəniş hər ayın sonunda işçilər tərəfindən istehlak edilmiş yemək öynələrinin (porsiyalarının) cəminə nəzərən təyin edilərək aktlaşdırılır, ödəniş hesab-faktura əsasında 15 bank günü ərzində köçürmə yolu ilə həyata keçirilir
Çatdırılma yeri - İşçilərin yeməklə təmin olunması xidməti Gəncə şəhəri, Yevlax şosesi 53 ünvanında həyata keçiriləcəkdir.
Çatdırılma müddəti - Xidmət 1 (bir) il ərzində həyata keçiriləcəkdir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Yerinə yetiriləcək xidmətin 1 (bir) il ərzində şərtlər toplusunun tələblərinə və qüvvədə olan qanunvericiliklə tənzimlənən normativlərə uyğun olacağına dair zəmanət
Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması barədə sənəd
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış
İSO 22000:2018 sertifikatı
İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elmir Vəliyev, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 050-289-74-33
Sutkada 3 dəfə yemək saatları: 03:00-04:00; 12:00-13:00; 20:00-21:00 Hər yemək saatında həmin saatın daxil olduğu növbədə çalışan 1 nəfər işçinin təmin olunduğu 1 porsiyaya daxildir : Şorba; Ana yemək; Qarnir; Salat(Turşu); İçki; Çörək
253.680 ədəd