İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ““Dağınıq skleroz xəstələrinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” üzrə nəzərdə tutulan dərman vasitələrinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Esam Ltd” MMC olub.
Şirkətlə 398 462 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 336 qutu olmaqla fingolimod və dimetilfumarat satın alınacaq.