Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Bakı, Mingəçevir şəhərlərində, Abşeron, Göygöl, Yevlax və Qazax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri” tenderinin qalibi “Turan.İ.O” MMC olub.
Qalib şirkətə 568 917 manat ödəniləcək.
***
“Sumqayıt şəhəri, Qobustan, Şamaxı, İsmayıllı və Bərdə rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri” tenderinin qalibi “M.Nazimoğlu” MMC olub.
Qalib şirkətə 668 000 manat ödəniləcək.