"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanında yerləşən ümumi sahəsi 12 552 m2 olan ofis və anbar kompleksinin icarəyə götürülməsi xidmətidir. Müqavilənin məbləği 490 000 manat təşkil edir.
Müqavilə fiziki şəxs Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) ilə bağlanıb.
Məlumat üçün bildirək ki, sözügedən kompleksin icarəsi ilə bağlı mütəmadi olaraq eyni şəxslə müqavilələr imzalanır. Belə ki, qurum həmin ünvan üzrə 16 oktyabr 2024-cü ildə 1 176 000 manatlıq, 14 oktyabr 2025-ci ildə isə 392 000 manatlıq icarə müqavilələri bağlayıb.
Həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də 2021-ci ildə həmin kompleksin icarəsi üçün 1 176 000 manat vəsait ayırmışdı.












