“İnnovasiyalar Mərkəzi” MMC təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur.
Sorğuda iştirak haqqı 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1502467501
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Həsən Əliyev küçəsi 36
Müsabiqənin başlama tarixi və vaxtı: 14.11.2023 15:40
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.11.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 29.11.2023 16:00
Hesab nömrəsi: AZ68AIIB40090019440132828102
Bankın adı: Kapital Bank ASC Mərkəz filialı
Bankın kodu: 200026
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AIIBAZ2XXXX
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır.
Çatdırılma yeri : Ak. Həsən Əliyev küçəsi 36
Çatdırılma müddəti : Müqavilə qüvvəyə mindikdən sonra 30 təqvim günü ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyənnaməsi);
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
İddiaçının Nizamnaməsi;
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitləri
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Rəşad Xudu-zadə, mütəxəssis
Email: [email protected]