Ağdam Rayon İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində abadlıq işləri nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 3200033881
Satınalan təşkilatın ünvanı : Ağdam rayonu , Quzanlı qəsəbəsi
Müsabiqənin başlama tarixi və vaxtı: 01.11.2023 16:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 24.11.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.12.12023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 05.12.2023 16:00
Ödəniş şərtləri : işlər tam başa çatdırıldıqdan sonra forma 2 əsasında ödənişlər həyata keçiriləcəkdir.
Çatdırılma yeri : İmamqulubəyli kəndi
Çatdırılma müddəti : 31.12.2023
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, rekvizitləri və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması,məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır.Elektron formada alınıbsa notariat qaydada təsdiq olunması və 01.11.2023- cü il tarixindən sonra olması zəruridi;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi(malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır və 01.11.2023- cü il tarixindən sonra olması zəruridi;
Sahibkarlıq subyektinin bölgüsü (malgöndərən(podratçı) Dövlət Statistika Komitəsindən alır
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisi bəyannaməsi (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. Elektron formada alınıbsa notariat qaydada təsdiq olunması zəruridi;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış 01.11.2023 cü il tarixindən sonra olması zəruridi;
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin,texniki və maliyyə imkanlarının,işçi qüvvəsinin,idarəetmə səriştəsinin, etibarlığının olması haqqında arayış.
İxtisas göstəriciləri:
Analoji işlərin yerinə yetirilməsində təcrübəsini təsdiq edən sifarişçi müəssisə və təşkilatların tövsiyə məktubları(ƏN AZI 2)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İlkin Aslanov, mühəndis
Email: [email protected]
Əlaqə telefonu : 0263250006