Səhiyyənin Təminat Mərkəzi “AR Səhiyyə Nazirliyinin tabeliyində olan tibbi müəssisələr üçün ofis avadanlıqlarının satınalması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azelectronıcs” MMC olub.
Qalib şirkətə 904 000 manat ödəniləcək.
Bu qiymətə 57 ədəd notebook, 122 ədəd printer, 9 ədəd televizor, 10 ədəd seyf, 179 ədəd kompüter, 5 ədəd switch 8g, 43 ədəd telefon aparatı (ip), hər birindən 1 ədəd switch və akustika, 2 ədəd Sfp, 6 ədəd Usb, 52 ədəd telefon aparatı, 60 ədəd Ups, 40 ədəd modem və 15 ədəd televizor daxildir.