İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi ““Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə dərman vasitələrinin satın alınması” tenderinin sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Rinara Pharma” MMC olub.
Şirkətlə 646 921 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 2 000 ədəd Meropenem 1000 mq №1, 700 ədəd Poraktant alfa 80 mq/ml 1.5 ml № 1, 250 ədəd Immunoqlobulin (insan plazma proteini) 50mq/ml 10ml № 1, 2 000 ədəd Anti rezus immunoqlobulin 1500 BV № 1, 2 000 ədəd Seftazidim 1 qr № 1 və 5 000 ədəd Sefotaksim 500 mq №1 həlledici ilə satın alınacaq.