Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Təsərrüfat işlərində çalışan heyət üçün istifadəsi nəzərdə tutulan malların satın alınması” tenderinin qalibi “Bilgə Qrup” QSC olub.
Qalib şirkətə 169 342 manat ödəniləcək.
“Müxtəlif təyinatlı işlər üçün malların satın alınması” tenderinin qalibi “Bilgə Qrup” QSC olub.
Qalib şirkətə 477 776 manat ödəniləcək.
“Məhəllədaxili yollarda təmir işlərinin satın alınması” tenderinin qalibi “Koneks Construction” MMC olub.
Qalib şirkətə 387 166 manat ödəniləcək.