“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““Server üçün avadanlıqlar”ın satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Caspel” MMC olub.
Qalib şirkətə 2 189 809 manat ödəniləcək.
Bu müqaviləyə əsasən 150 ədəd 128 GB DDR4, LRDIMM, min 2666 MHz göstəricinə malik olan əməliyyat yaddaş, 50 ədəd Dell 960GB SSD vSAS SED Mixed Use 512e 2.5in Hot-plug 3 DWPD göstəricinə malik olan fiziki yaddaş, 100 ədəd 128 GB DDR4, LRDIMM, min 2666 MHz göstəricinə malik olan əməliyyat yaddaşı, hərəsindən 20 ədəd olmaqla Intel Xeon Silver 4214R 2.4GHz göstəricinə malik olan prosessor və Intel Xeon Silver 4214R 2.4GHz prosessor üçün radiator, 30 ədəd HPE HP 660093-001 FS Capacitor Battery Pack with Cable - RAID kontroller üçün batareya və hər birindən 60 ədəd olmaqla Dell 480GB SSD SATA Mixed Use 6Gbps 512e 2.5in Hot-Plug göstəricisinə malik olan fiziki yaddaş və Cooling Fan 654752-001 / 667882-001 - Prosessor soyutma üçün ventilyator satın alınacaq.