Azərbaycan Respublikası Dövlət Neft Fondu (ADİF) insan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması üçün elan verib.
Eləcə də bax: Neft Fondunun 2020-ci il büdcəsi - Dəyişdirildi - YENİ MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, layihə bundan ibarətdir:
- ARDNF-in təşkilati strukturunda vəzifə səviyyələrinin müəyyən edilməsi,
- yeni əmək haqqı və əməkdaşlarının fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma və davamçıların yetişdirilməsi sisteminin tətbiq edilməsi üçün texniki tapşırıq İddiaçının işin görülməsi üzrə vəzifələri ADİF-in fəaliyyət effektivliyinin artırılması məqsədilə İnsan resurslarının idarə olunması sisteminin inkişaf etdirilməsi,
- təşkilati strukturda mövcud olan və planlaşdırılan işlərin və vəzifələrin analizi vasitəsilə pozisiyaların dərəcələndirilməsi,
- müvafiq olaraq əmək bazarında ən uyğun yanaşmanı təmin edərək əmək haqqı səviyyələrinin hesablanmasının, yenidən qiymətləndirilməsi,
- kritik vəzifə və işçilərin müəyyən edilməsi nəticəsində davamçılarının yetişdirilməsinə əsaslanan talantların idarə edilməsi və davamçıların yetişdirilməsi mexanizmlərinin yaradılması və müvafiq proseslərin tətbiq edilməsi,
- əməkdaşların fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma sisteminin qurulması
Layihə aşağıdakı mərhələləri nəzərdə tutur:
- Struktura daxil olan vəzifələrin səviyyələrinin müəyyən edilməsi, əmək haqqı sisteminin və yeni bonus sisteminin prinsiplərinin hazırlanması.1.1. İş analizlərinin aparılması və vəzifə təlimatlarının təkmilləşdirilməsi;
1.2. Vəzifə qrupları, kateqoriyaları və heyətlərin təkmilləşdirilməsi;
1.3. Vəzifə adlarına baxış keçirilməsi;
1.4. Vəzifələr üzrə ştat sayına baxış keçirilməsi və iş yükünə əsasən ştat sayının uyğunluğunun nəzərdən keçirilməsi;
1.5. Yerli təcrübə və beynəlxalq praktikaya əsasən Fondun mövcud strukturunda olan pozisiyaların vəzifə səviyyələrinin müəyyən edilməsi, müvafiq meyarların və prinsiplərin təyini;
1.6. Yeni vəzifə qiymətləndirilməsi və dərəcələndirilməsi sistemi əsasında baza ödəmə sisteminin qurulması və yeni əmək haqqı şkalasının hazırlanması;
1.7. Əmək haqqının formalaşdırma siyasətinin (prinsiplərinin) təyini və mexanizmin qurulması;
1.8. Vəzifə səviyyələrinin və əmək haqqlarının dəyişməsi (artım) tezliyinin müəyyən edilməsi (variable pay structure);
1.9. Vəzifə kateqoriyaları üçün Əsas Səmərəlilik Göstəricilərinin (KPI) müəyyənləşdirilməsi (təşkilati, struktur bölmə hədəflərinə bağlanmayan, sadəcə mövcud məlumatlara və vəzifə öhdəliklərinə əsaslanan), göstəricilərə əsaslanan fəaliyyət planı üzrə nəticələrin şkalasının hazırlanması;
1.10. Yetkinlik və səriştə modelinin hazırlanması, davranışsal yetkinliklərin (səviyyələr üzrə davranış və liderlik səriştələrinin), yetkinlik xəritəsinin hazırlanması. - Mövcud vəziyyətin diaqnostikası.
2.1. Fondun mövcud strukturunda olan işlərin və pozisiyaların analizi, oxşar təşkilatların müvafiq sahədə (bençmarkinq) təhlilini aparmaq, mövcud vəziyyətin çatışmazlıqlarını və risklərini müqayisə etmək;
2.2. Vəzifə dərəcələndirmə sisteminin analizi;
2.3. Mövcud əmək haqqı sisteminin və göstəricilərinin analizi;
2.4. Analiz nəticəsində mövcud, təsis edilməsi planlaşdırılan struktur bölmə və şöbələr arasında əlaqələrin və asılılıqların qiymətləndirilməsi;
2.5. Mövcud mükafat sisteminin qiymətləndirilməsi.
- İstedadların idarə edilməsi və Davamçıların yetişdirilməsi proqramı.
3.1. İşçilərin potensialının müəyyən olunması modelinin və qiymətləndirmənin hazırlanması;
3.2. Biznes fəaliyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən liderlik, idarəetmə və ekspert rolların və bu rollar üzrə səriştələrin müəyyən edilməsi;
3.3. Potensial davamçıların və yüksək potensiala malik işçilərin müəyyən edilməsi və meyarların hazırlanması;
3.4. Potensial davamçıların və yüksək potensiala malik işçilərin mövcud çatışmazlıqlarının təhlili və fərdi inkişaf planının hazırlanması;
3.5. İstedadlar xəritəsinin və davamçıların yetişdirilməsi planlarının hazırlanması və müvafiq qaydaların müəyyən olunması.
- Performansın idarəedilməsi sistemi.
4.1. Performansın idarəedilməsi sisteminin çərçivə sənədinin hazırlanması;
4.2. Performansın idarəedilməsi və performans əsaslı əməkhaqqı (bonus) sisteminin qurulması;
4.3. Mükafatların ödəmə tezliyinin müəyyən edilməsi;
4.4. Qısamüddətli həvəsləndirmə sxeminin (short-term incentive scheme) hazırlanması; 4.5. Seqmentlər üzrə bonus sisteminin və proqramının hazırlanması;
4.6. Fond heyəti üçün əsas səmərəlilik göstəricilərinin (KPİ-ların) hazırlanması. (hədəflər, indikatorlar, hesablama metodları, məlumatın təhlili və mənbəyi, hesablama üzrə məsul işçilərin müəyyən edilməsi)
- Tender iştirakçılarına dair əlavə tələblər. Tender iştirakçılarına dair aşağıdakı əlavə tələblər müəyyən edilmişdir: – İcraçı iş prosesində mümkün ola biləcək suallar və problemlər haqqında, eləcə də işin görülməsi prosesi barədə layihə üzrə işçi qrupunu vaxtında məlumatlandırmalıdır. – İcraçı görüləcək işlərin məxfiliyinə xüsusi diqqət yetirilməli və işlərin aparılması zamanı aşkar olunacaq məlumatların Fondun dəqiq ifadə olunmuş icazəsi olmazsa, heç bir üçüncü tərəfə verməməli və müzakirə etməməlidir. – Layihə zamanı hazırlanan və Fonda təqdim olunan yekun sənədlər iki dildə (azərbaycan və ingilis) olmalıdır. – Hər bir mərhələnin əvvəlində Fondun rəhbərliyinin və aidiyyəti şəxslərin fikirləri öyrənilməli, sistemin qurulmasında yekun təkliflər müzakirə edilməli və təsdiqlənməlidir. – Zərurət olduğu təqdirdə texniki tapşırıqda qeyd edilən xidmətlərin Fondda tətbiq edilən və ya ediləcək proqram təminatlarına inteqrasiya üzrə texniki dəstəyin verilməsi. (məs: Performansın idarəedilməsi sisteminin proqram təminatına inteqrasiyası və s.)