Dövlət Neft Fondu xüsusi təyinatlı işçi geyim formalarının satın alınması ilə bağlı təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 0 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900041961
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Müsabiqənin başlama tarixi və vaxtı: 07.08.2023 17:20
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı:23.08.2023 10:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr Mallar tam və lazımı qaydada təhvil verildikdən və bunu təsdiq edən təhvil-təslim aktı imzalandıqdan sonra, Malgöndərənin təqdim etdiyi müvafiq mühasibatlıq sənədləri (eqaimə, hesab faktura və s.) əsasında ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə satınalan təşkilat tərəfindən nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Çatdırılma yeri - AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma müddəti - Mallar satınalma müqaviləsi imzalandıqdan sonra ən geci 45 (qırx beş) təqvim günü ərzində təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Nizamnamə
Dövlət reyestrindən çıxarış
Rekvizitlər
Dövlət qeydiyyatı haqqında şəhadətnamə
Hansı sahibkarlıq subyektinə (mikro, kiçik, orta, iri) mənsub olması haqqında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən arayış
İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (məhkumluq barədə arayış)
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Müsabiqədə iştirak etmək üçün ərizə
Tender təklifinin qiymətinin təsviri
İxtisas göstəriciləri:
İddiaçının müvafiq sahədə peşəkarlığının, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Abdulla Böyükkişiyev, Baş mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: (99412) 498 77 53, daxili: 1004
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Şalvar üçün qayış |
Şalvar üçün qayışın eni 3,5 sm-dir, qara rəngli göndən hazırlanır. Baş hissəsində qızılı rəngli metaldan toqqası olur, ortasından mil taxılır. Qayışın üzərində ölçünü nizamlayan yuvalar açılır. |
15 |
ədəd |
2 |
Pulover |
Pulover düzbiçimlidir, toxunmadır. Ön hissəsi üçbucaq formalı, yaxalıqlıdır. Yaxalıq 3 sm enində ikiqat toxunmuşdur. Mərkəzdən düz tikişlə birləşir. Ətəyi 6 sm enində ikiqat toxunmuş manjetlidir. Kürəyi bütövdür. Qolları birtikişlidir. Qolların aşağısı 6 sm enində ikiqat tənzimlənən toxunmadır. Qolun dirsək səviyyəsində eni 12x21 sm ölçüdə trikotaj parçadan dirsəklik tikilir. Dirsəkliyin kənarları oval formalıdır, xüsusi tikişlə tikilir. Dirsəklik tikiş xətti boyunca 0,2 sm enində bəzək tikişi ilə baxyalanır. Puloverə yuxarı hissədə qol dibi boyunca 20 sm, yaxalıq boyunca isə 10 sm enində olan trapesiya formalı gücləndirici koketka tikilir. Koketka qol dibi və yaxalıq boyunca 0,2 sm bəzək tikişi ilə baxyalanır. Çiyin tikişinin üstünə aralarındakı məsafə 5 sm olan, poqon keçirmək üçün 2 ədəd 2,5x3 sm ölçülü körpücük tikilir. Körpücükdən 2 sm yaxalığa, tikişdən 1 sm arxaya tərəf 3 ədəd kiçik ilgək açılır. Pulover astarsızdır. Yan tikişləri xüsusi trikotaj tikişi ilə tikilir. |
15 |
ədəd |
3 |
Gündəlik geyim forması (mont) |
tünd göy, qara və ya boz rəngli kostyumluq parçadan tikilir, kiteldən və şalvardan ibarətdir. Kitel düzbiçimlidir və mərkəzdən zəncirbəndlə bağlanır. Ətəklərinin yan tərəfində listikli, çəpinə kəsmə ciblər tikilir. Ciblərin qırışının ölçüsü 16-17 sm, listikinin eni 2,5 sm olur. Gödəkcənin qurşağı elastik trikotajdan tikilir. Qurşağın eni 7 sm olur. Qurşağın ön tərəfinin hər iki ucu eni 7 sm, uzunluğu 11 sm olan parçadandır. Yaxalıq dayaqlıdır, elastik trikotaj materialdan tikilir. Yaxalığın eni 4 sm olur. Boyun dibinə astarlıq materialdan asqı ilgəyi tikilir. Kitel astarlıdır, astar istiləşdirilmiş ara qatı ilə sırınır. Şalvar düzbiçimlidir, eni 4,5 sm olan kəsmə qurşaqlıdır, qarmaq və bir düymə ilə düymələnir. Qurşaqda eni 1 sm, uzunluğu 4,5 sm olan 7 ədəd körpücük tikilir. Şalvarın ön hissəsində düz kəsmə yan ciblər vardır. Cib girişi 17 sm olmaqla yuxarı və aşağı hissələri bəndlənir. Şalvarın miyançası zəncirbəndlə bağlanır. Ön hissədə bir qatlama vardır. Şalvarın arxa hissəsində bir qarsaq tikilir. Arxa sağ hissəsində fiqurlu qapaqlı köbəli kəsik ciblər olur. Cib girişinin ölçüsü 14 sm, cib qapağının eni uclarda 3,5 sm, ortada isə 5,5 sm-dir. Şalvarın yan tikişlərində yaşıl mahuddan eni 0,3 sm olan kant tikilir. |
15 |
dəst |
4 |
Yay şalvarı |
konstruksiyasına görə gündəlik geyim formasının şalvarı ilə eynidir, 40%-li yun parçadan hazırlanır. |
15 |
ədəd |
5 |
Qalstuk |
gündəlik geyim formaları üçün tünd göy rəngli ipək parçadan tikilir. Qalstuk əsas hissədən, daimi düyündən və boyunluqdan ibarətdir. Əsas hissə 450-li bucaq altında kəsilir. Daimi düyünün hündürlüyü 5 sm-dir. Boyunluq əsas parçadan, rezindən və metal qarmaqlardan ibarətdir. Əsas hissənin uzunluğu 1-3-cü boylar üçün 40 sm, 4-6-cı boylar üçün isə 43 sm-dir. Sağ ikiqat rezinin uzunluğu 7 sm, sol rezinin uzunluğu isə 10 sm-dir. Qalstukun ucda eni 8 sm-dir. Boyunluğun düyünlə birlikdə uzunluğu 19 sm, eni isə 1,5 sm-dir. |
15 |
ədəd |
6 |
Uzunqol köynək |
gündəlik geyim formasında açıq boz rəngli pambıq parçadan tikilir. Köynək mərkəzdən diametri 1,1 sm olan yeddi ədəd plastmas düymə və ilgəklərlə bağlanır. Kürək koketkalıdır və iki qatdan ibarətdir. Kürək hissədə iki qatlama var. Köynək dayaqlı yaxalıqlıdır. Yaxalığın uclarının eni 7 sm, orta hissəsi isə 4 sm olur. Qollar qol dibinə tikilir. İkitikişlidir. Qolun aşağı kəsiyi fiqurlu manjetlidir, eni 7,5 sm-dir. Kənarları 0,2 sm, birləşmə xətti isə 1 sm enində bəzək tikişi ilə baxyalanır. Manjetin özü bir düymə və ilgəklə düymələnir. Onun qol tikişinə birləşmə xəttində 10 sm uzunluğunda bir düymə və ilgəklə bağlanan şlits olur. |
30 |
ədəd |
7 |
Qısaqol köynək |
açıq boz rəngli olub öz konstruksiyasına görə uzunqol köynəklə eynidir. Qol qol dibinə tikilir, birtikişlidir, qolların aşağısı qatlama manjetlidir. Qolların uzunluğu dirsəkdən 3 sm yuxarı olur. Manjetin eni 3 sm, yuxarı kənarı 0,5 sm enində bəzək tikişi ilə baxyalanır. Köynək şalvarın üstünə salınır. |
30 |
ədəd |
8 |
Ayaqqabı |
qara rəngli təbii dəridən tikilir, tikilmiş burun, üz, yan, arxa və altlıq hissədən ibarətdir. Yanlarda içəri hissədən rezin sıxacaqlar tikilir. İçlik və burun altlığı dəridən hazırlanır. Dabanlar göndən və rezindən vurulur. Aşağı hissəsi rant üsulu ilə bərkidilir. Ayaqqabının içərisinə dəri altlıq qoyulur. |
15 |
dəst |
9 |
Yaxa nişanı |
yumru formada olur, qızılı saplardan toxunur və ARDNF logosunu əks etdirir. Yaxa nişanı gündəlik kostyum üçün nəzərdə tutulur. |
30 |
ədəd |
10 |
Qol nişanı |
yapışkan olur. Sol qol nişanının üzərində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun logosunu əks etdirir. Loqo qara rəngli parçaya qızılı saplarla toxunur. Nişanların eni 8 sm, kənarlarda hündürlüyü 8 sm, ortada hündürlüyü 8,5 sm-dir. Nişanların yuxarı hissəsi yarımoval, aşağı hissəsi isə korbucaqlıdır. Nişanlar qolun yuxarısından 6 sm aşağıya doğru yerləşir. |
45 |
ədəd |