Dövlət Reklam Agentliyi elan etdiyi tenderi yekunlaşdırıb.
Dövlət Agentliyi 3 illik audit xidmətləri alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tender 2024-cü il maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun audit baxışı və auditin keçirilməsi xidmətinin satınalınması üzrə elan edilib.
Tenderin qalibi “RSM Azerbaijan” MMC (VÖEN: 1501168951) olub. Qalib şirkətlə 34 220 manat dəyərində müqavilə bağlanıb.
Xatırladaq ki, tenderin ehtimal olunan qiyməti 68 833 manat idi. Beləliklə, qalib şirkət bu tenderdə nəzərdə tutulan məbləğdən 34 613 manat və ya təxminən 50% daha az büdcə ilə işi həyata keçirəcək.
Qeyd edək ki, "RSM Azerbaijan" MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 manatdır. Şirkətin qanuni təmsilçisi Tural Məhərrəmov Musa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 20, mənzil 40-da yerləşir.