Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi geyim əmlaklarının və fərqlənmə nişanlarının satın alınması məqsədilə açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər iştirak üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədini təqdim etdikdən sonra satınalma predmeti üzrə Əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən (iş vaxtı saat 09:00-dan 18:00-a kimi) ala bilərlər.
Əlaqələndirici şəxs: Pərviz Abdullayev, telefon: 590-20-64.
Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.
İştirak haqqı: 1000.00 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T Bik CTREAZ 22
DİN-in Maddi Texniki Təminat Baş İdarəsi
Hesab: AZ14CTRE00000000000002077706
VÖEN: 1500281641
Büdcə təsnifatının kodu:
142595 BSK 3
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
2. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması.
3. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
4. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
5. Sahibkarlıq subyektinin bölgüsü.
6. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
7. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
8. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).
- Malgöndərənlər (podratçılar) ilkin sənədləri (1-6-ci bənddə göstərilən) 01.09.2023-cü il saat 15:00-dək Tender komissiyasına təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161. - Malgöndərənlər (podratçılar) öz tender təkliflərini (7-8-ci bənddə göstərilən) 11.09.2023-cü il saat 15:00-dək təqdim etməlidirlər.
Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.
- Göstərilən tarixdən gec təqdim olunan təkliflər qəbul olunmayacaqdır.
- Tender təklifləri zərfləri 12.09.2023-cü il tarixdə saat 16:00-da DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında açılacaq. Ünvan: Bakı şəhəri, Azadlıq pr., 161.