“Daşkəsən Dəmir Filiz” MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda proqram təminatları üçün yeni lisenziyaların satın alınması satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 4900437551
Satınalan təşkilatın ünvanı: Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H
Müsabiqənin başlama tarixi və vaxtı: 15.12.2023 14:15
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
10.01.2024 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 18.01.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 19.01.2024 15:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr nağdsız qaydada, Mallar Sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra İcraçının təqdim etdiyi müvafiq hesab-faktura və tələb olunduğu halda digər ödəniş sənədləri (qaimələr, aktlar, bildirişlər və digər sənədlər) əsasında15 (on beş) bank günü ərzində İcraçının bu Müqavilədə və ya fərqli olduğu təqdirdə hesabın İcraçıya aid olmasını təsdiq edən bank sənədi əsasında hesab-fakturada göstərilən bank hesabına ödəniləcəkdir.
Çatdırılma yeri: Mallar Sifarişçinin Bakı şəhərində yerləşən Aparatına çatdırılacaqdır. Müqavilə imzalandıqdan sonra Sifarişçi tərəfindən proqramların (lisenziyaların) əlavə ediləcəyi hesablar barədə məlumat təqdim edilməlidir. İcraçı ehtiyac olduğu təqdirdə Aparatda lisenziyaları quraşdırılmalıdır.
Çatdırılma müddəti : Müqavilə imzalandığı tarixdən etibarən Mallar Sifarişçinin sifarişi əsasında Müqavilənin 1 nömrəli Əlavəsinə əsasən təhvil verilməlidir. Lisenziyaların müddət axımı təhvil verdikdən sonra başlanmalıdır.
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Emin Ələkbərov, Satınalma üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu : 994 12 585 77 88 (1250,1251 daxili)