Azərbaycan İnvestisiya Holdinqinin elan etdiyi tenderin qalibi müəyyənləşdi.
FED.az xəbər verir ki, 04.12.2024-cü il tarixində tamamlanmış tenderin nəticələrinə əsasən, “BERC GROUP” MMC (www.berc.az) Azərbaycan İnvestisiya Holdinqinə vergilərə dair məsləhət və təlim xidmətləri təqdim edəcək.
Agentlik 1,2 milyonluq texniki dəstək xidməti alır - TENDER ELANI
Əlavə olaraq qeyd edək ki, “BERC GROUP” MMC “İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi İdarəetmə məsləhət xidmətləri (Lənkəran və Mingəçevir KOB İnkişaf Mərkəzləri fəaliyyətinin təşkili) tenderinin qalibi olmuş və hazırda bu mərkəzlərin idarəedici operator şirkətidir.
“BERC GROUP” MMC biznesin qurulması və idarəedilməsi, biznes tədqiqatlarının aparılması və bizneslərin ehtiyacı olan praktik bacarıqlara malik kadrların hazırlanması, xidmət göstərdiyi bütün sahələr üzrə təlim, məsləhət və dəstək xidmətləri verən, ixtisaslaşmış biznes xidmətləri göstərən ekosistem şirkətidir.
Qalib şirkətə 307 933 manat ödəniləcək.