“Bakı Dövlət Universiteti” Publik Hüquqi Şəxsi (VÖEN – 1300489621) açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Bakı Dövlət Universitetinin Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınmasıdır.
Ehtimal olunan qiymət 25 milyon 69 min 900 manat 04 qəpik təşkil edir.
Müsabiqə 1 dekabr 2025-ci il, saat 09:10-da dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 8 dekabr 2025-ci il, saat 12:00, zərflərin açılışı isə həmin tarixdə və 12:00-da keçiriləcək.
İştirak haqqı 3 min 760 manat, istifadə haqqı isə 25 manatdır. Bu ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Nailə Əsgərli, şöbə müdiri
Telefon: +994 12 539 15 36
E-mail: [email protected]
İddiaçılar təkliflərini 8 dekabr 2025-ci il, saat 12:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanına təqdim edə bilərlər.











