Mənzil İnşaatı Dövlət Agentliyi - "MİDA" MMC Yevlax şəhərində həyata keçirdiyi yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı mühüm infrastruktur layihəsinə start verib.
Dövlət qurumu 8 milyon manatlıq nasos avadanlıqları alır – 6 TENDER ELAN EDİLİB
FED.az xəbər verir ki, bu məqsədlə sahəxarici və sahədaxili qaz təchizatı işləri üçün tender keçirilib və qalib şirkət olaraq “Azəriqaz Layihə İnşaat” QSC seçilib.
Müqavilənin dəyəri 435.745,01 manat təşkil edir. İşlər Yevlax şəhəri, R.Budaqov küçəsi 1 ünvanında yerləşən 1,9 hektarlıq ərazidə həyata keçiriləcək. Layihə çərçivəsində qaz xətlərinin çəkilişi, texniki bağlantılar və təhlükəsizlik tələblərinə uyğun infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulur.