“Aqroservis” ASC “50 ədəd traktorun satın alınması” tenderinin nəticələrini elan edib.
Naxçıvanda tibbi qurum bu şirkətdən 14 milyonluq təcili tibbi yardım maşınları aldı
FED.az xəbər verir ki, tenderin qalibi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi olub.
Qalib şirkətlə 2 330 100 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 11 may 1995-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Amin Əliyev Allahverdi oğludur. Hüquqi ünvanı AZ2009, Gəncə şəhəri, S.Rəhimov, ev.1 ünvanında yerləşir.