Dövlət Gömrük Komitəsi “Gündəlik geyim formalarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “” MMC olub.
Şirkətlə 757 708 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 875 ədəd olmaqla kapüşonlu gödəkcə, şalvar (yay), yaz-payız gödəkcəsi, yaz-payız beysbolkası, yay beysbolkası, qış beysbolkası, lövhəcik ( düzbucaqlı) və tanınma döş nişanı, 1 745 ədəd uzunqol köynək və üçdüymə köynək, 20 ədəd ali rəis heyəyi üçün şevron (qol nişanı), 860 ədəd baş, orta rəis heyəti və kiçik heyət üçün şevron (qol nişanı), hər birindən 875 cüt olmaqla əlcək, tufli və baş, orta rəis heyəti və kiçik heyət üçün (taxılıb-çıxarılan) paqonlar satın alınacaq.