Bakı Konqres Mərkəzi ““Bakı Konqres Mərkəzi” MMC-nin ofis otaqlarında, köməkçi binalarda və inzibati binasında təmizlik, çöl fasad şüşələrinin, damının və bütün fasad hissələrinin yuyulması xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
2 şirkət 6 “ASAN xidmət”i 909 min manata təmizləyəcək – DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “Sintez” MMC olub.
Qalib şirkətə 567 861 manat ödəniləcək.
Qeyd edək ki, 1 il müddətinə 38148.0 m2 təmizlik sahəsi daxilində "Bakı Kongres Mərkəzi" MMC-nin ofis otaqlarında, köməkçi binalarda və inzibati binasında təmizlik xidmətləri , 28000.0 m2 təmizlik sahəsi daxilində isə "Bakı Kongres Mərkəzi" MMC-nin inzibati binasının çöl fasad şüşələrinin, damının və bütün fasad hissələrinin yuyulması xidmətləri satın alınacaq.