Təhsilin İnkişafı Fondu “Bakı şəhəri, Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin sökülərək yerində yeni binanın tikintisi işlərinin satınalınması” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İdeal TM” QSC olub.
Şirkətlə 4 800 207 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “İdeal TM” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir.