Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr binasının tikintisi” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Global Interıors Group” MMC olub.
Şirkətlə 3 624 915 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Global Interıors Group” MMC 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Hacıyev Şahin oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6 ünvanında yerləşir.