Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Hazır qida (keytring) təminatının satınalması” tenderinin nəticələrini elan edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” hazır yemək xidməti alır - TENDER
FED.az xəbər verir ki, tenderin qalibi Ziyafət İsa Oğlu Fərzəliyev (VÖEN: 1803349532) olub.
Qalib şəxsə 3 255 498 manat ödəniləcək.
Qeyd edək ki, tender çərçivəsində 279.006 nəfər böyük üçün və 34.310 nəfər uşaq üçün hazır yemək xidməti satın alınacaq.
Xatırladaqki qalib şəxs bu il ərzində daha iki tederdə qalib seçilib. Belə ki, şirkət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxsləri hazır yeməklə təmin edərək 3 336 258 manat, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edərək 9 308 116 maat qazanıb.