Bakı Mühəndislik Universiteti 2025-ci ilin yay ayları üçün xarici səfərlər məqsədilə aviabilet satınalınması üzrə tender keçirib.
Agentlik özbək və qazax jurnalistlər üçün 267 min manatlıq səfər təşkil edir
FED.az xəbər verir ki, tenderin qalibi "Holiday in Azerbaijan" MMC olub və xidmət üçün 259380 AZN məbləğində müqavilə bağlanıb.
Layihə çərçivəsində 198 nəfərin aviasəyahəti təmin ediləcək. Uçuşlar Bakı şəhərindən Cənubi Koreyanın paytaxtı Seul şəhərinin İnçon hava limanına və geri dönüş istiqamətində təşkil olunacaq.
Bakıdan İnçona uçuşlar 16 avqust 2025-ci il tarixində reallaşacaq və 115 nəfər üçün iqtisadi sinif aviabilet təmin ediləcək. Dönüş biletləri isə 21 iyun 2025-ci il tarixində 83 nəfər üçün alınacaq. Hər bilet 23 kq baqaj və 8 kq əl yükü haqqını əhatə etməlidir. Bilet satın alınarkən ən çox 3 reys üzərindən tranzit təmin olunmalıdır. Əgər tranzit uçuşdan istifadə edilirsə tranzit ölkələrində viza tələb olunmamalı tranzit zamanı gözləmə müddəti isə ən çox 12 saat olmalıdır.
Bu tələblər universitetin tələbələrinin və əməkdaşlarının rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədi ilə qoyulub.