Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Kompüter və noutbukların satınalınması” tenderinin nəticələrini elan edib.
Mərkəzi Bank İKT avadanlıqları aldı - SİYAHI - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi “Bestcomp Group” QSC olub.
Qalib şirkətlə 39 772 337 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Bestcomp Group” QSC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 8 962 330 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərid Həsənov Rafiq oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri Xətai rayonu, 8 Noyabr, ev 25E ünvanında yerləşir.
№ |
Başlıq |
Miqdar |
Ölçü vahidi |
Kod |
1 |
Notebook İntel i3 |
31.077 |
ədəd |
43211503 |
2 |
Notebook İntel i7 |
500 |
ədəd |
43211503 |
3 |
Notebook İntel i5 |
4.000 |
ədəd |
43211503 |
4 |
PC İntel i3 |
8.000 |
ədəd |
43211507 |