DİN BDYP iri məbləğli tenderin nəticəsini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Viva Medical Group" MMC olub.
Qalib şirkətə 1 138 358 manat ödəniləcək.
Qeyd edək ki. tenderdə sürücü intizamlığının daha da artırılması sahəsində, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün 2023-cü ilin tələbatına uyğun olaraq, əməkdaşlar tərəfindən sürücülərin sərxoşluq vəziyyətinin aşkarlanaraq müəyyən olunması üçün (yeni nov alkotester), narkotik maddələrin yerində aşkarlanması üçün (yeni növ narkotester) və 9 (doqquz) növdə narkotik maddələri aşkarlayan cihaz üçün testerlərin satınalınması nəzərdə tutulur.