“Bakı Metropoliteni” QSC ““Bakı Metropoliteni” QSC üçün müxtəlif növ geyim formalarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Rortvest Safety Uniform” MMC olub.
Şirkətlə 219 280 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən hər birindən 3 500 ədəd olmaqla işçi gödəkcəsi, işçi şalvarları və pambıq qısaqol mayka, 2 000 ədəd qış gödəkcəsi, 100 ədəd işçi xalati, 12 ədəd xalat həkimlər üçün, 160 ədəd xüsusi geyim xidmət sahəsində çalışan işçilər üçün geyim (xalat), hər birindən 200 ədəd olmaqla qaynaqçı gödəkçəsi və qaynaqçı şalvarı, hər birindən 60 ədəd olmaqla oda davamlı isti pambıq gödəkçə və odadavamlı od sırıqlı isti pambıq alt şalvar və 1 100 ədəd boya vurmaq üçün xüsusi geyim birdəfəlik kombizon satın alınacaq.