“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir.
İnnovasiya Və Təchizat Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender 2 LOT üzrə keçirilir:
LOT 1 - Müxtəlif konfiqurasiyalı SFP modulları və müxtəlif növ PATCH CORD FO birləşdirici vasitələrin satın alınması.
LOT 2 - Kompüter, skan və çap texnikası üçün texniki dəstək xidmətinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər
LOT 1 - 600 (altı yüz) manat (ƏDV daxil)
LOT 2 - 500 (beş yüz) manat (ƏDV daxil)
İştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına “ASAN ödəniş” portalı vasitəsi ilə ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə tenderin Əsas şərtlər toplusunu ala bilərlər.
VÖEN: 9900038501
Hesab: AZ62AZPO91015461200420100166
Bankın adı: “Azərpoçt” MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
M/h: AZ76NABZ01350100000000094944
S.W.I.F.T: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tenderdə iştirak etmək istəyənlər 31 may 2021-ci il saat 17:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin olmaması haqqında vergi və müvafiq sosial orqanlarından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
9. İddiaçının müvafiq mallar üzrə uyğunluq sertifikatları.
10. Digər sənədlər.
11. İddiaçı hansı sahibkarlıq subyektinə aid olması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən və ya vergi orqanı tərəfindən arayışın təqdim edilməsi mütləqdir.
İddiaçılar tender təklifini və bank təminatını 08 iyun 2021-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.
Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.
İştirakçıların təklifləri 09 iyun 2021-ci il saat 17:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada [email protected] dövlət satınalmalarının vahid internet Portalında aparılır.