“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC ““AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155 ünvanında yerləşən inzibati binada xidmətlərin göstərilməsi”nin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azservis” MMC olub.
Qalib şirkətə 6 065 721 manat ödəniləcək.
Qeyd edək ki, “Azservis” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 3 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elnur Sultanov Fərrux oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 24 ünvanında yerləşir.