"Səhiyyənin Təminat Mərkəzi" PHŞ psixotrop və narkoz dərman vasitələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Azərtibbtəchizat" MMC (VÖEN: 1300805321) seçilib.
Qalib şirkətlə 2 495 956 manat məbləğində müqavilə imzalanıb. Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 2 613 572 manat təşkil edirdi.
Məlumat üçün bildirək ki, "Azərtibbtəchizat" MMC bundan əvvəl də bənzər satınalmaların qalibi olub. Şirkət 18 dekabr 2025-ci il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tərəfindən psixotrop və güclü təsir edən dərman preparatlarının satın alınması üzrə keçirilən 193 665 manatlıq tenderin də qalibi seçilmişdi.
Qeyd edək ki, MMC 8 aprel 2006-cı ildə dövlət qeydiyyatına alınıb, 50 manat nizamnamə kapitalına malikdir. Hüquqi ünvanı Rzabəyov İbrahim İdris oğludur. Hüquqi ünvanı AZ1009, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.34 ünvanıdır.












