“Azərişıq” ASC üç təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki. sorğular aşağıdakı predmetlər üzrə keçirilir.
1.Kəlbəcər rayonu, Mərcimək, Ağqaya, Yellicə və Zəylik yaşayış məntəqələri ərazisində yerləşən, hərbi hissənin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq ÖİN xəttinin çəkilməsi və 35/0,4 kV-luq KTM-lərin quraşdırılması işlərinin satın alınması
2.Kəlbəcər (Yanşaq,Keşdək, Zod və Hospital), Laçın(Qaragöl və Zabux-Malıbəyli yolu) rayonları ərazisində yerləşən yaşayış məntəqələri, Zəngilan və Qubadlı şəhər ərazisində yerləşən hərbi hissələrin xarici elektrik təchizatı işlərinin satın alınması
3.Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin satın alınması
Hər üç müsabiqədə iştirak haqqı 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 9900069391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065
Müsabiqənin başlama tarixi və vaxtı: 14.09.2023 15:44
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.09.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 29.09.2023 17:00
Hesab nömrəsi: AZ83AIIB33020029441802068118
Bankın adı: KAPİTAL BANK GƏNCLİK FİLİALI
Bankın kodu: 200189
Müxbir hesab: AZ37NABZ0135010000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AİİBAZ2X
Ödəniş şərtləri - Müqavilə üzrə ödəniş, hissə-hissə, mərhələlərlə, və ya tam şəkildə göstərilmiş işin faktiki olaraq Sifarişçiyə təhvil verildikdən sonra təqdim etdiyi sənədlər əsasında ( hesab-faktura, forma-2 və s sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 (on beş) bank günündən gec olmamaq şərti ilə aparılacaq.
\Çatdırılma yeri - Kəlbəcər rayonu
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - ən geci 3 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
1. tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;
4. Malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;
8. İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar;
11. İddiaçının analoji işlərdə təcrübəsi haqqında məlumat(ən azı 1 yarımstansiyanın yenidənqurulması və ya 3 yaşayış məntəqəsində yerinə yetirilmiş analoji işlər barəsində məlumatlar əks olunmalıdır);
12. İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat ;
13. Müvafiq işlər üzrə lisenziya və sertifikatları;
14. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
15. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması (İmza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Namik Heybətov, Şöbə rəisi
Email: [email protected]
Əlaqə telefonu: 012 440 39 93 (daxili 92-19)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.