“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma predmeti 154/110/10 kV-luq “Babək” YS-nın yenidən qurulması işləridir.
Tenderin qalibi "Electro İndustries" QSC olub. Qalib şirkətə 24 milyon 083 min 286,89 manat ödəniləcək.
Qeyd edək ki, “Electro Industries” QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Emin Qurbanov Telman oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187B ünvanında yerləşir.
"Electro İndustries" “Azərenerji”dən daha öncə də aşağıdakı iri məbləğli tenderləri udub.
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
100 MVt-lıq günəş elektrik stansiyaların enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kV-luq yarımstansiyanın tikintisi və yuvanın quraşdırılması |
21.197.467,97 MANAT |
05.08.2025 |
2 |
Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərinin satınalınması |
40.907.134,79 MANAT |
13.06.2024 |
3 |
“110/35/6 kV-luq Sumqayıt-3 YS-dan Yağ, Plastik və Karton zavodlarına 35 kV-luq Kabel Xəttinin çəkilməsi» işlərinin satın alınması |
2.033.168,37 MANAT |
15.08.2019 |