Azərbaycanda böyük vəsaitlərin sərf edildiyi toy məclisləri biznesi İT sektorunun da diqqətini cəlb edib.
Azərbaycanda toylardan kimlər nə qədər qazanır? – SIYAHI, MƏBLƏĞLƏR
FED.az-ın hesablamalarına görə, ölkədə hər il toy məclisləri və oxşar tədbirlərə 10 milyonlarla manat xərclənir, bu tədbirlərin təşkilinə onlarla müxtəlif sahələr cəlb edilib.
Bir neçə həftə əvvəl isə ölkədə ilk dəfə olaraq toy məclislərinin keçirilməsi üçün yeni startap yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Incode" MMC-nin «Toyda» startapına startap şəhadətnaməsi təqdim edib.
Yeni startap şənliklərin və toyların idarə edilməsi üçün onlayn platformasıdır.
«Toyda» startapının nümayəndəsi Həsən Tağıyev FED.az-a bildirib ki, «Toyda» layihəsi toyların və digər oxşar tədbirlərin təşkili zamanı yaranan ehtiyacların ödəməsindən ibarətdir.
«Toyda» platforması özündə tədbir sektorunda olan bütün növ vendorları cəmləməyi planlayır. Bunlar şadlıq sarayları, avtomobil icarəsi, fotoqraf, musiqiçilər və bir çox digər kategoriyalarda fəaliyyət göstərən vendorlardır».
«Toyda» (toy zamanı) görəcəyiniz hər bir servisi bizim platformada görəcəyiniz üçün belə bir ad seçmişik. Bundan əlavə bizim platforma milli adət ənənələr ilə bir başa əlaqəndiyi üçün bizdə məhz milli bir ad seçməyə qərar verdik».
Layihənin iş prinsipi əslində sadədir. Tədbir - məsələn toy, ayd günü və ya oxşar məclis - planlayan hər bir istifadəçi «Toyda» platformasında lazımi vendorları tapa və onlarla əlaqəyə keçə bilər. «Vendorların təqvim yaramaq imkanı var, beləlikə istifadəçi ona lazım olan tarixdə azad olan vendoru rahatlıqla tapa bilər. Bundan əlavə olaraq platforma yekun mərhələyə çatdıqda istifaçi bir çox tətbir planlama alətləri əldə edəcək».
Startap müəllifləri bildirir ki, «Toyda»nın ideyası ətraf müşahidələrdən yaranıb. «Toy və ya ona oxşar tədbir/mərasim eləyən adamların üzləşdiyi problemləri gördükdə, və bazar araşdırması nəticəsində zamanı, daxili bazarda belə bir platformanın analoqu olmadığı nəzərə alaraq belə bir platforma qurmağ nəticəsinə gəldik».
Bəs bu startap pulu necə qazanacaq?
Həsən Tağıyevin sözlərinə görə, «Toyda»nın əsas gəliri vendorların, yəni məclislə bağlı xidmət və mallar təklif edənlərin abunə haqqı hesabına formalaşacaq. «Biz məhsulun yekun versiyasını çıxardıqdan sonra vendorlar üçün aylıq abunəçilik sistemi tətbiq olunacaq, hal hazırda bu haqda danışmaq çox tezdir ona görədə, gələcəkdə ətraflı məlumat paylaşılacaq».
Startap müəllifləri bildirir ki, hələlik «Toyda» layihəsi ilkin mərhələdədir: «Layihəyə PoC (Proof of Concept) səviyyəsində aprel ayında start verməyi planlayırıq, daha sonra yay aylarında MVP (Minimum Viable Product) səviyyəsində start veriləcək».
«Toyda» layihəsinin işə düşməsi investrlar üçün maraqlı imkan yaradıb. Belə ki, startapın müəllifləri investorlarla danışıqlara, yəni təkliflərə açıqdırlar.
« Biz istənilən investorla danışıqlara açığıq. Layihəni MVP səviyyəsinə çatdırdıqdan sonra və lazımi analitikanı topladıqdan sonra, bizim platformanı daha da inkişaf etdirmək üçün artıq “Angel Investor” axtarışına başlayacayıq»-deyə H.Tağıyev bildirib.
Qeyd edək ki, hazırda toy məclisi biznesində çoxsaylı sahələr cəlb edilsə də, sifarişçilərin, yəni məclis sahiblərnin birbaşa vendorlara, yəni müxtəlif mald və xidmət təklif edənlərə çıxışı məhduddur. Əksər hallarda sifarişi qəbul edən birinci tərəf – şadlıq evi – digər bütün məsələləri özü həll edir və sifarişçinin seçimi məhdudlaşır.
Yeni onlayn platformanın yaradılması, ümumiyyətlə bu sahəyə yanaşmanın dəyişməsi isə vəziyyəti dəyişəcək. Artıq toy biznesinə daha çox iştirakçı və vendor cəlb edilə biləcək. Bu isə xidmətlərin rəngarəngliyini artırmaqla yanaşı, qiymətlərə də təsirini göstərəcək, qiymətləri endirəcək və çoxsaylı yeni xidmət-qiymət kombinasiyaları yaranacaq.
Başqa sözlə, toy və oxşar məclislərin təşkili sektoru böyük dəyişikliklər ərəfəsindədir.