Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN – 1500016711) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 6 420 890 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 27 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Şaban Məmmədov - Baş mütəxəssis
[email protected]
+994 12 465 73 48
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 27 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanına təqdim edə bilərlər.












