“Azerbaijan International Telecom (AzInTelecom)” MMC süni intellekt sahəsində yeni təşəbbüsə start verir.
Şuşada 21 milyona 12 bina tikiləcək - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, şirkət süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyaların satın alınması üçün elan etdiyi tenderin nəticələrini açıqlayıb. Tenderin qalibi “İnnovativ Layihələr Mərkəzi” QSC (VÖEN: 1004192041) seçilib.
Qalib şirkətə 6.977.321,63 manat ödəniş ediləcək.
Qeyd edək ki, “İnnovativ Layihələr Mərkəzi” QSC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ruslan Abbasov Mətləb oğludur. Hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 37 ünvanında yerləşir.