Dövlət Turizm Agentliyi 2 tender üzrə beynəlxalq təbliğat xidmətlərinə 2 milyon manatdan çox vəsait ayırdı.
DİN 13,8 milyon manatlıq İKT avadanlıqları alacaq - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Asiya və Yaxın Şərq bazarlarında ölkənin turizm potensialının tanıdılması məqsədilə elan etdiyi iki beynəlxalq təbliğat tenderinə yekun vurub. Tenderlərin qalibləri "Vata" MMC və "Vega Travel Management" MMC olub. Hər iki satınalma üzrə yekun məbləğ, ilkin ehtimal olunan qiymətlə müqayisədə daha aşağı olub.
İlk tender Yaxın Şərq bazarında təbliğat fəaliyyətlərini əhatə edir. Bu çərçivədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Qətərdə b2b formatlı yol şoularının və şəbəkələşmə tədbirlərinin təşkili nəzərdə tutulur. Müsabiqənin ehtimal olunan dəyəri 1.032.210,02 AZN göstərilsə də, qalib "Vata" MMC ilə imzalanan müqavilənin məbləği 529.840 AZN təşkil edib. Bu, ilkin büdcədən 502.370,02 AZN və ya 48,68% daha az xərc deməkdir.
İkinci tender isə Çin, Hindistan və Yaponiya bazarlarında seminarlar, şəbəkələşmə tədbirləri və təmsilçilik xidmətlərini əhatə edir. Bu tenderin ehtimal olunan dəyəri 1.461.399,32 AZN olduğu halda, qalib "Vega Travel Management" MMC ilə bağlanmış müqavilənin yekun məbləği 1.435.000 AZN təşkil edib. Bu isə təxminən 26.399,32 AZN və ya 1,8% qənaət deməkdir.
Qeyd edək ki, bu beynəlxalq təbliğat kampaniyaları Azərbaycanın turizm brendinin hədəf bazarlarda tanıdılması, b2b formatında əlaqələrin qurulması və potensial turist axınının artırılması baxımından mühüm rol oynayacaq.