Bu ilin ilk 8 ayında Azərbaycandan 39,5 milyon dollar həcmində 55 min 477 ton şəkər ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14,5 milyon dollar və ya 58,2%, miqdar ifadəsilə isə 22 min 829 ton, başqa sözlə 69,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 25 milyon dollar dəyərində 32 min 649 ton şəkər ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 21 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 30 qəpik idi. Bu da illik müqayisə ilə 9 qəpik və ya 6,9% ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 0,23%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 1,65%-i şəkərin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,14% olub.