"Azərbaycan Milli Antidopinq Agentliyi" PHŞ "İdman sahəsində müxtəlif tədbirlərin keçirilməsi"xidmətinin satın alınması üzrə təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, müsabiqədə iddiaçı qismində satınalmaların predmeti üzrə müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Malgöndərənlər (podratçılar) https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları və ya asan imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər iştirak haqqını asanpay vasitəsi ilə həyata keçirdikdən sonra Azərbaycan dilində tərtib olunmuş təkliflər sorğusunun Əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, İzmir küç., 8, Hyatt Tower III
Telefon: (+99412) 599 08 28
Fax: (+99412) 599 08 29
İştirak haqqı: 350 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirak haqqı satınalan təşkilatın portalda (etender.gov.az) bank rekvizitlərində qeyd etdiyi hesaba köçürüldükdən sonra təkliflər sorğusunu əldə etmək üçün ödəniş qəbzi ilə birlikdə satınalan təşkilata müraciət olunur. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - PDF formatda Portala əlavə edilməlidir.
2. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması - PDF formatda Portala əlavə edilməlidir.
3. İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd; Dövlət Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd -PDF formatda portala əlavə edilməlidir
4. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması - PDF formatda Portala əlavə edilməlidir.
5. Malgöndərənin (podratçının) satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması: - Malgöndərənin (podratçının) dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışının, nizamnaməsinin elandan sonrakı tarixə notarial qaydada təsdiq edilmiş surəti (skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir, notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir).
- Malgöndərənin (podratçının) bank rekvizitləri, faktiki və hüquqi ünvan göstərilməklə rəsmi blankda imzalanmalı, möhürlənməli və PDF formatında Portala əlavə olunmalıdır.
- Malgöndərənin (podratçının) rəhbərinin vəzifəyə təyin olunmasını təsdiq edən sənəd (sənədin əsli skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir).
6. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır - məktubun əsli skan olunmuş şəkildə - pdf formatda Portala əlavə edilməlidir.
7. Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyannaməsi); Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin üzərində "əsli ilə düzdür" göstərilməlidir - PDF formatda Portala əlavə edilməlidir.
8. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
9. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixindən sonra 30 bank günü qüvvədə olmalıdır);
İxtisas göstəriciləri:
Malgöndərənin (podratçının) satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması:
- İddiaçının analoji işlərdə təcrübəsi-son 5 il ərzində yerli və xarici dövlət və qeyri-dövlət sektorunda irimiqyaslı işgüzar və beynəlxalq tədbirlərin və konfransların keçirilməsi - yerinə yetirdiyi müqavilələr haqqında rəsmi məlumat, minimum 7 il iş təcrübəsi, analoji işlərin yerinə yetirilməsi ilə bağlı minimum 3 (oxşar işlərin) müqavilələrin surəti, təhvil-təslim aktları, qaimələr və s. təsdiqedici sənədlər.
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün malgöndərənlərin zəruri texniki imkanlara, texnikaya və avadanlıqlara malik olmalıdır. Tədbirin keçirilməsi zamanı satınalan təşkilatın lazım olan avadanlıqlarla təmin edilməsini təsdiq etmək üçün müvafiq təşkilat ilə imzalanan müqavilənin surəti. Müqavilənin predmetində konkret olaraq zəruri texniki imkanlara, texnikaya və avadanlıqlara malik olması (eyni zamanda avadanlıqların icarəsi) qeyd olunmalıdır və ya təşkilatın lazım olan avadanlıqlarla təmin edilməsini təsdiq edən təhvil- təslim aktının surətini təqdim etməlidir. Təqdim edilən müqavilədə (əlavələr, qoşmalar daxil) icra edilmiş xidmətlər haqqında ətraflı məlumat mütləq qeyd edilməlidir. Əks təqdirdə (ümumi tədbir təşkili ilə bağlı müqavilə təqdim edildikdə) iddiaçının təklifi qeydə alınmayacaqdır. Bu bənddə qeyd edilən tələbə cavab verməyən təkliflərin qeydə alınmamasının səbəbi ümumi şəkildə müqavilənin predmeti tədbir təşkili olduqda tədbirin hansı növdə keçirildiyini müəyyən etmək mümkün olmamasıdır. Əlavə olaraq, tədbir təşkilinin anlayışı geniş olduğunu nəzərə alaraq, istənilən tədbirin (məsələn, keytrinq xidməti və ya açıq hava tədbiri) keçirilməsi tender elanında olan tədbirin keçirilməsi üzrə tələblərə cavab verilməsi anlamına gəlmir.
- Transfer xidmətinin göstərilməsi məqsədilə ixtisaslaşmış nəqliyyat vasitələrinə malik olması və ya müvafiq təşkilat ilə imzalanan müqavilənin surəti ilə bağlı təsdiqedici sənədləri təqdim etməlidir.
Qeyd olunan sənədlər Azərbaycan dilində, düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alacaqdır. Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti daxil olmaqla) 27.09.2023-cü il saat 13:00-a qədər satınalan təşkilatın ünvanı: İzmir küç., 8, Hyatt Tower III, 5-ci mərtəbədə yerləşən ünvanına (Telefon: 012 599 08 28) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 27.09.2023-cü il saat 15:00-da İzmir küç., 8, Hyatt Tower III ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Tenderin predmetinin ətraflı təsviri, həmçinin onun təqdim olunmasının müddəti və yeri: "İdman sahəsində müxtəlif tədbirlərin keçirilməsi" xidmətlərinin satın alınması - ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda qeyd olunmuşdur. İcra müddəti: müqavilə imzalandıqdan sonra sifariş daxil olduqdan sonrakı 3 gün ərzində xidmətlər icra olunmalıdır. İcra ünvanı: Bakı şəhəri və müxtəlif regionlarda. İmzalanacaq satınalma müqaviləsinin forması və şərtləri: - imzalanacaq satınalma müqaviləsinin forması və şərtləri əlavə olunacaqdır və eyni zamanda Portal vasitəsilə dərc olunacaqdır. Satınalma prosedurlarına dair məlumat vermə formaları: Satınalan təşkilatla malgöndərənlərin bir-birinə göndərdikləri sənədlər, bildirişlər, qərarlar və bu qanunda nəzərdə tutulan digər məlumatlar yazılı formada təqdim olunur. Satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əlaqə saxlanılır. Elektron satınalma zamanı satınalan təşkilat bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi saxlayır. İddiaçılar və onların işçiləri ƏŞT-ni, bütün digər məlumatları və yazışmaları məxfi saxlamalı və satınalan təşkilatın yazılı razılığı olmadan hər hansı belə sənəd və məlumatları üçüncü tərəflərə açıqlamamalıdırlar. ƏŞT satınalan təşkilatın mülkiyyətidir və iddiaçılara yalnız təkliflərini hazırlamaq və təqdim etmək məqsədilə verilmişdir. ƏŞT-nin surətini çıxarmaq və ya onu hər hansı digər məqsəd üçün istifadə etmək olmaz. Satınalan təşkilat tərəfindən tender təkliflərinin qiymətləndirilməsi ƏŞT-də göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə aparılır, bu qanunun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin Portal vasitəsilə avtomatik qiymətləndirilməsi təmin olunur. Müsabiqə predmeti üzrə işlərin görülməsi ilə bağlı nəzərdə tutulan vergilər, rüsumlar, digər məcburi ödəmələr, eləcə də nəqliyyat, yaşayış, rabitə, sığorta xərcləri iddiaçının qiymət təklifinə daxil edilir. Maliyyə amili - 80 baldır. Təqdim olunan təkliflər arasında ən aşağı qiymət baza olaraq maksimal 80 balla qiymətləndirilir. Texniki amil - 20 baldır. Texniki amillər aşağıdakı kimi dəyərləndiriləcəkdir: Təkliflərin satınalma predmetinin təsvirinə uyğunluğunun müəyyənləşdirilməsi meyarları və prosedurları: İddiaçılar tərəfindən təqdim olunan təkliflər satınalma predmetinin ətraflı təsvir hissəsində qeyd olunan bütün tələblərin hər birinə uyğun olaraq hazırlanıb təqdim olunmalıdır.
Elektron satınalmada təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur:
Portal tərəfindən düstura əsasən hesablanmışdır və heç bir şəkildə dəyişdirilə bilməz.
İNQ = QT x MNQ / İT İNQ
- İddiaçının təklifinin nisbi qiyməti (balı)
QT - Qalibin təklifinin qiyməti MNQ -
Meyar üzrə maksimum nisbi qiymət (bal)
İT - İddiaçının təklifinin qiyməti.
QİYMƏT təklifinin qiymətinin təsviri
- Tender təklifinin tərkibinə malın öz dəyərindən basqa çəkilən digər xərclər, sığorta, nəqliyyat, çatdırılma, vergi rüsum və s. daxil olmalıdır.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Müsabiqədə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların minimum sayı: 3
Müsabiqəyə buraxılış üsulu, o cümlədən satınalmaya qoşulma qaydası barəsində məlumat:
Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə dövlət satınalmalarının vahid internet Portalın Qanunvericilik hissəsində, Portalda fəaliyyət və qanunvericiliklə bağlı yaranmış suallarınızla bağlı dövlət satınalmalarının vahid internet Portalının "Tez-tez verilən suallar" bölməsinə baxmağınız tövsiyə olunur.
Müsabiqənin, satınalmanın bağlanmasını tənzimləyən meyarlar:
Satınalma müqaviləsinin bağlanması barədə qərar ən aşağı qiymət əsas götürülməklə qəbul edildikdə qiymət əsasında; Qiymətləndirmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə təqdim olunan qiymət və digər meyarlar əsasında.
Satınalma prosedurlarına dair izahat almanın üsulu və yeri: Tender təklifinin baxılması, qiymətləndirilməsi və müqayisəsi zamanı, asanlaşdırmaq məqsədilə satınalan təşkilat öz mülahizəsinə əsasən istədiyi vaxt iddiaçıdan onun tender təklifləri barədə izahat verməsini xahiş edə bilər. İzahat barədə sorğu və onun cavabı Portal vasitəsilə həyata keçirilir.
Sorğu tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalanadək verilməlidir.
Satınalan təşkilat belə sorğulara tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək cavab verir. Bu cavab sorğuverənin ünvanı göstərilmədən tenderin Əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə göndərilir.
Malgöndərənlərlə vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsinin adı, vəsifəsi, ünvanı: Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə satınalmanın iştirakçıları arasında yalnız dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əlaqə saxlanılır. Könül Süleymanova - Satınalma üzrə menecer [email protected]
Şikayət vermək hüququ:
Satınalan təşkilatın bu müsabiqənin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin (podratçının) qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır. Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir. Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir. Şikayət vermək hüququ olan malgöndərən (podratçı) satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 10 bank günü ərzində qərar çıxarmadıqda və ya çıxarılan qərardan şikayət verən razı qalmadıqda 15 bank günü ərzində İqtisadiyyat Nazirliyinə (müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə), yazılı olaraq AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 84 ünvanına məktub və ya [email protected] elektron poçt ünvanına göndərməklə şikayətini edə bilər.