Azərbaycan Dövlət Ehtiyatları Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə ADEA tərəfindən satın alınan ərzaqlıq buğdanın ADEA-ya məxsus Səngəçal və Gəncə dalan dəmir yollarına, habelə ərzaqlıq buğda ehtiyatının aidiyyəti üzrə kənar saxlanc üçün nəzərdə tutulan digər dalan dəmir yollarına kimi daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 0 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1505806771
Satınalan təşkilatın ünvanı: Azərbaycan, Bakı ş, Heydər Əliyev pr. 152, AZ1029 Chinar Plaza Biznes Mərkəzi, 23-cü mərtəbə
Müsabiqənin başlama tarixi və vaxtı: 17.11.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 29.12.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.01.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 12.01.2024 15:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
İddiaçının 2022-ci il üzrə fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş
İddaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Tenderdə iştirak etmək üçün yazılı müraciət
İxtisas göstəriciləri:
Satınalma predmeti üzrə Xidmətləri təqdim etmək üçün zəruri olan maddi-texniki bazaya sahib olmalıdır
Satınalma predmeti üzrə Xidmətlərin icrası üçün zəruri sayda (sayları göstərilməklə) peşəkar mütəxəssis (əmək müqaviləsi ilə əsas iş yeri olaraq çalışan Azərbaycan Respublikasının vətəndaşı olan) heyətinə malik olmalıdır. (e-gov.az hökumət portalından arayış, əmək müqaviləsinin bildirişinin surəti və müvafiq sertifikatların surəti təqdim edilməklə)
İddiaçının satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasına dair “Azərbaycan Dəmir Yolları” QSC ilə birbaşa bağlanılmış və qüvvədə olan müqaviləsinin olması barədə təsdiqedici məlumat, və ya xidmətləri “Azərbaycan Dəmir Yolları” QSC ilə qüvvədə olan müqaviləyə malik digər şirkət vasitəsilə təqdim edəcəyi təqdirdə həmin müqavilə barəsində, habelə Birgə müəssisə fəaliyyəti barəsində təsdiqedici məlumat təqdim edilməlidir
Satınalma predmeti üzrə analoji Xidmətlərdə minimum 1 (bir) il və daha çox təcrübəsi olmalıdır
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səkinə Şahbazi, Böyük mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 12 210 01 95 (daxili: 2288 / daxili: 2285)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Daşıma istiqaməti - Yalama eksp.- Səngəçal (548305) yüklü |
ƏŞT-yə uyğun olaraq |
120.000 |
ton |
2 |
Daşıma istiqaməti - Yalama eksp.- Səngəçal (548305) boş vaqon |
ƏŞT-yə uyğun olaraq |
1.714 |
ədəd |
3 |
Daşıma istiqaməti - Yalama eksp. – Gəncə (556208) yüklü |
ƏŞT-yə uyğun olaraq |
50.000 |
ton |
4 |
Daşıma istiqaməti - Yalama eksp. – Gəncə (556208) boş vaqon |
ƏŞT-yə uyğun olaraq |
714 |
ədəd |
5 |
Daşıma istiqaməti - Yalama eksp. – Giləzi (546009) yüklü |
ƏŞT-yə uyğun olaraq |
20.000 |
ton |
6 |
Daşıma istiqaməti - Yalama eksp. – Giləzi (546009) boş vaqon |
ƏŞT-yə uyğun olaraq |
286 |
ədəd |
7 |
Daşıma istiqaməti - Yalama eksp. – Xırdalan (546704) yüklü |
ƏŞT-yə uyğun olaraq |
20.000 |
ton |
8 |
Daşıma istiqaməti - Yalama eksp. – Xırdalan (546704) boş vaqon |
ƏŞT-yə uyğun olaraq |
286 |
ədəd |
9 |
Daşıma istiqaməti - Yalama eksp. – Şabran (545608) yüklü |
ƏŞT-yə uyğun olaraq |
20.000 |
ton |
10 |
Daşıma istiqaməti - Yalama eksp. – Şabran (545608) boş vaqon |
ƏŞT-yə uyğun olaraq |
286 |
ədəd |
11 |
Daşıma istiqaməti - Yalama eksp. – Xaçmaz (545307) yüklü |
ƏŞT-yə uyğun olaraq |
20.000 |
ton |
12 |
Daşıma istiqaməti - Yalama eksp. – Xaçmaz (545307) boş vaqon |
ƏŞT-yə uyğun olaraq |
286 |
ədəd |