Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə imzalayıb.
Qaxda küçələrin, yol və səkilərin əsaslı təmirinə 702 min manat - SƏRF OLUNACAQ
FED.az xəbər verir ki, məbləği 233 min 640 manat olan müqavilə "Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində inşa ediləcək “Şuşa Parkı”nın konsepsiyasının, memarlıq həllərinin hazırlanması və müəllif nəzarəti işləri"nin satınalınmasını nəzərdə tutur.
Həmçinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi "DAD Studio" LTD çirkətilə məbləği 166 min 802 manat olan müqavilə imzalayıb. Bu müqavilə "Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində inşa ediləcək “Şuşa Parkı”nın layihə-smeta sənədlərinin hazırlanması işləri"nin satınalınmasını nəzərdə tutur.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi xidmətlər göstərən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. (Marja)