Asiya İnkişaf Bankından (ADB) ölkəmizə daxil olan investisiyaların həcmində geriləmə qeydə alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Cari ildə bank tərəfindən 5 milyon 464 min dollar investisiya yatırılıb ki, bu da ötən ilə nisbətən 3,6 dəfə və ya 14 milyon 396 min dollar azdır.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 19 milyon 860 min dollar təşkil edirdi.











