Azərbaycanın aparıcı banklarından olan – xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsi üzrə bazarın lideri olan «Accessbank»m 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə «Accessbank»ın faiz gəlirləri təqribən 40% artaraq 101 milyon manatdan 140 milyon manata yüksəlib. Bunun 137 ilyon manatı kredit portfelindən daxil olan gəlirlərdir.
«Accessbank» sırf kreditlərə yönəldiyindən gəlirlərinin əksər hissəsi də bu sahəyə aiddir və başqa sahələrdən gəlirləri cüzidir – cəmi 2,2 milyon manat qiymətli kağızlardan daxil olub.
Bankın faiz xərcləri isə 20% artaraq 47 milyondan 57 milyon manata yüksəlib. Ötən il «Accessbank»da əmanəti olanlara 51 milyon manatdan artıq faiz gəliri ödənilib. Daha 5,1 milyon manat isə bankın cəlb edilmiş kreditlərnə görə ödənilib.
Nəticədə ilin sonuna Bankın xalis faiz gəlirləri 30 milyon manat və ya 55%-dən çox artaraq 83 milyon manatı keçib.
Ötən il «Accessbank»ın qeyri-fviz gəlirlərində də 2,1 milyon manat və ya təqribən 20% artım baş verib – 13, milyon manat.
Bank haqq və komissiya gəlirlərində 15 milyon qazansa da (1 milyon artıq), xarici valyuta əməliyyatlarında 2,6 milyon manat itirib.
«Accessbank»ın qeyri-faiz xərcləri 2022-ci ildə 73,3 milyon manat olub. 2021-ci illə müqayisədə xərclər 9 milyon manat və ya 14% artıb.
Ötən il bank öz əməkdaşlarına 36,6 milyon manat əmək haqqı ödəyib – 6 milyon manat və ya 20% artım.
Ümumi və inzibati xərclərə isə 15,6 milyon manat sərf edilib (20% artım).
Nəticədə bank ili 24,3 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu bir il əvvəllə müqayisədə 20 dəfə artıqdır. Xatırladaq ki, 2021-ci ilin yekununda bankın əməliyyat mənfəəti 1,2 milyon manat olmuşdu.
Təkcə 4-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə 75% artıb.
Mümkün zərərlərə görə 9,3 milyon manat ehtiyat ayırmalarından sonra, «Accessbank»ın xalis mənfəəti 15 milyon manat təşkil edib. Bu 2021-ci ilin göstəricisi (1,1 milyon) ilə myüqayisədə 14 dəfə artıqdır.
2022-ci ilin yekununa görə, «Accessbank»ın aktivləri 25%-dən çox artaraq 1,2 milyard manata yaxınlaşıb – 1 milyard 168 milyon manat. Təkcə 4-cü rübdə bankın aktivləri 11%-dən çox artıb.
Bankdakı nağd vəsaitlər cüzi artsa da, qiymətli kağızlara yatırımlar 2,5 dəfə yüksələrək 93 milyon manatı keçib.
Kredit portfelində ciddi artım
«Accessbank»ın aktivləri üzrə əsas artım təbii ki, kredit portfelində baş verib – 180 milyon manatlıq artımdan sonra kredit portfeli 632 milyon manatdan 813 milyon manata yüksəlib. Təkcə 4-cü rübdə kredit portfeli 6,3% böyüyüb.
Biznes kreditləri təqribən 95 milyon manat artaraq 539 milyon manatdan 634 milyon manata qalxıb. kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir.
İstehlak kreditlərində isə artım 2 dəfədən çox olub və bu kreditlər 86 milyon manatdan 174 milyon manat yüksəlib.
Daşınmaz əmlak kreditləri isə «Accessbank»ın portfelində kiçik yer tutur – 5,3 milyon manat.
2022-ci ilin nəticələrinə görə, «Accessbank»ın öhdəlikləri 200 milyon manatdan çox artaraq 1 milyard manatı keçib – 1 milyard 56 milyon manat.
Bunun 860 mmilyon manatı depozit portfelidir – 170 milyon manatlıq artım olub. Artımın 160 milyon manatı fiziki şəxslərin əmanəti hesabına baş verib – 719 milyon manata yüksəlib.
«Accessbank»da əhalinin müddətli əmanətləri rüb ərzində 7,7%, ilin əvvəlindən isə 29% artıb. Hazırda 597 milyon manat təşkil edir.
Hüquqi şəxslərin əmanətləri isə 10 milyon manat artaraq 141 milyon manat olub.
Bunlardan əlavə «Accessbank»ın başqa kredit təşkilatları qarşısında 135 milyon manat öhdəliyi var – 2021-ci illə müqayisədə bu məbləğ 30 milyon manat artıqdır.
Ötən il bankın kapitalı 23 milyon manat artaraq 89,4 milyon manatdan 112,8 milyon manata yüksəlib.
Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın qazandığı mənfəət hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ilin noyabr ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11.4 milyon manat artırıb.
«AccessBank» ın likvidlik əmsalı 64.1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir.