Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası ücün proqram təminatının satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Aistgroup” MMC olub.
Qalib şirkətə 769 950 manat ödəniləcək.
Bu qiymətə proseslər üzrə biznes analizin aparılması, funksional tələblərin formalaşdırılması, vahid dövlət informasiya bazası üzrə prototip/dizaynların hazırlanması, vahid dövlət informasiya bazasının qurulması, hesabatlılıq sisteminin qurulması, reyestrlərin formalaşdırılması, inteqrasiyaların edilməsi, müraciətlərin qəbulu sistemindən istifadə hüququnun verilməsi, məlumatların aktuallığın təmin edilməsi sisteminin qurulması, məlumtlandırma sisteminin (200 min sms bildiriş hesabı ilə) qurulması və axının idarə edilməsi sistemindən istifadə hüququnun verilməsi xidmətləri daxildir.