"Minatəmizləmə Agentliyi" PHŞ tərəfindən işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi xidmətlərinin satın alınmasını yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi "Safe Point" QSC olub. Müqavilənin dəyəri 14 milyon 995,2 min manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub.
"Safe Point" QSC bundan əvvəl (26.09.2025) də Agentliklə eyni məzmunlu layihə üzrə əməkdaşlıq edib. Şirkət işğaldan azad edilmiş ərazilərin təmizlənməsi xidmətləri üzrə 3 milyon 145,1 manat dəyərində müqavilə imzalamışdı. Beləliklə, tərəflər arasında imzalanan müqavilələrin ümumi dəyəri 18 milyon 140,3 min manat təşkil edir.











